Modern.az

AKP gənclərinin rəhbəri deputat oldu - CHP-ninki seçilmədi

AKP gənclərinin rəhbəri deputat oldu - CHP-ninki seçilmədi

Dünya

15 May 2023, 16:06

Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) və müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) Gənclər Təşkilatlarının rəhbərləri də deputatlığa namizəd kimi dünənki seçkilərə qatılmışdılar.

 

Modern.az Türkiyə mətbuatındakı məlumatlara əsasən, onların seçilib-seçilməməsinə nəzər yetirib.

 

Belə ki, AKP Gənclər Təşkilatının sədri Eyyüp Kadir İnan İzmir 2-ci seçki dairəsindən partiyanın proporsional siyahısında ilk sırada namizəd göstərilmişdi. Nəticələrə əsasən, o, 28-ci çağırış Türkiyə parlamentinə düşməyi bacarıb.

 

CHP Gənclər Təşkilatının sədri Gençosman Killik isə Konyadakı seçki dairəsindən partiyanın proporsional siyahısı üzrə 3-cü sıradan namizəd idi. Hazırkı nəticələrə görə, Killik deputat seçilməyib.

 

Qeyd edək ki, hələlik Türkiyə Ali Seçki Komissiyası yekun nəticələri elan etmədiyi üçün məlumatlar rəsmi təsdiqlənməyib.

Sizə yeni x var
Keçid et
Mehdiyevin Rusiyaya zəngləri: DTX yeni gizlinləri üzə çıxardı - Xəbəriniz Var?