Modern.az

Türkiyə-Gürcüstan sərhədində ZƏLZƏLƏ

Türkiyə-Gürcüstan sərhədində ZƏLZƏLƏ

Dünya

17 May 2023, 09:24

Türkiyənin Gürcüstanla həmsərhəd Artvin vilayətində yenidən zəlzələ qeydə alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi tviter səhifəsində məlumat yayılıb.

 

Bildirilib ki, vilayətin Borçka rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 3.5 ballıq maqnituda ilə qiymətləndirilib. Ocağı yerin 7 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.

 

Silkələnmə Gürcüstanın Acarıstan Muxtar Respublikası və Kobuleti bölgəsində də hiss olunub.

Sizə yeni x var
Keçid et
Mehdiyevin Rusiyaya zəngləri: DTX yeni gizlinləri üzə çıxardı - Xəbəriniz Var?