Modern.az

Muğlada ZƏLZƏLƏ

Muğlada ZƏLZƏLƏ

Dünya

18 May 2023, 09:08

Türkiyənin Muğla vilayətində yenidən zəlzələ qeydə alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi tviter səhifəsində məlumat yayılıb.

 

Bildirilib ki, vilayətin Datça rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 4.3 ballıq maqnituda ilə qiymətləndirilib.

 

Ocağı yerin 7.6 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.

 

Silkələnmə Egey dənizində və Yunanıstanın Krit adasında da hiss olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi