Modern.az

Zaxarova Praqanı rusofob adlandırdı

Zaxarova Praqanı rusofob adlandırdı

Dünya

18 May 2023, 17:52

"Onlar dəfələrlə daşınmaz əmlak məsələləri üzrə ekspert məsləhətləşmələrinin keçirilməsini təklif ediblər, bu məsləhətləşmələr zamanı əvvəllər yaranan problemləri həll etmək mümkün idi. Çexiya tərəfi bunu unutmağa üstünlük verdi".

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Çexiya və Rusiya arasında daşınmaz əmlaklarla bağlı problemi şərh edərkən deyib.

 

"Bizim ikitərəfli münasibətlərimizdə daşınmaz əmlak mövzusu çoxdankı və qarşılıqlı maraq doğuran mövzudur. Əminik ki, onun siyasi məqsədlər üçün alətə çevrilməsi Praqanın maraqlarına uyğun deyil", - Zaxarova söyləyib.

 

XİN rəsmisi Çexiya hakimiyyətini rusofobiyada ittiham edib: "Bunu başa düşmürlər".

 

"Cavab olaraq tədbirlər görəcəyik, o cümlədən hüquqi mexanizmlərdən istifadə etməklə addımlar atacağıq", - o əlavə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi