Modern.az

Qırğızıstan və Tacikistan razılığa gəldi - Sərhəddə PUA olmayacaq

Qırğızıstan və Tacikistan razılığa gəldi - Sərhəddə PUA olmayacaq

Dünya

24 May 2023, 11:56

Qırğızıstan və Tacikistan sərhədyanı ərazilərə PUA buraxmamaq barədə razılığa gəliblər.

 

Modern.az xəbər verir ki, bu barədə "Sputnik" yazıb.

 

Bu məsələni Qırğızıstanın Batken vilayətinin rəhbəri Abdikərim Alimbayev və Tacikistanın Soqd vilayətinin başçısı Racobboy Əhmədzoda bugünkü görüşdə müzakirə ediblər.

 

Həmçinin sərhəddə sülhün qorunması, təxribatlara yol verilməməsi, qarşılıqlı razılaşma əsasında sudan istifadə edilməsi barədə razılığa gəlinib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi