Modern.az

Paşinyan parlamentdə “kokain işi”ndən söz açdı 

Paşinyan parlamentdə “kokain işi”ndən söz açdı 

Dünya

24 May 2023, 17:10

Ermənistan baş naziri Nikol Paşinyan “kokain işi"ndən danışıb.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, baş nazir parlamentin iclasında bu mövzuya toxunub.

 

O qeyd edib ki, iş üzrə artıq saxlanılan şəxs var və yükü qəbul edən şirkət keçmiş iqtidar partiyasından olan sabiq deputatla bağlıdır.

 

"Lakin siyasi baxışlarından asılı olmayaraq müxtəlif insanlar narkotik alveri sxemlərinə cəlb oluna bilər. Və bunda hansısa partiyaya mənsub olmaq həlledici rol oynamır. İstənilən partiyada onun siyasi prinsiplərini həqiqətən bölüşməyənlər ola bilər. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daha çox işin açılmağa başlaması müsbət haldır. Qanunsuz maddələrə nəzarət getdikcə daha çox diqqət mərkəzindədir", - o deyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi