Modern.az

ABŞ ruslar üçün düşmən deyil - Blinken

ABŞ ruslar üçün düşmən deyil - Blinken

2 İyun 2023, 14:16

"ABŞ Rusiyanı danışıqlar masasına oturdacaq istənilən təşəbbüsü alqışlayır".

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken deyib.

 

"Biz Ukrayna üzrə danışıqlar prosesində Çinin, Braziliyanın və ya hər hansı digər ölkənin iştirakını dəstəkləyəcəyik. ABŞ ruslar üçün düşmən deyil. NATO-nun qapıları yeni üzvlər üçün açıq qalır", - o bildirib.

 

"Rusiyanın Ukraynadakı addımları ABŞ-ın Asiya-Sakit okean regionuna diqqətini zəiflətməyib", - Blinken əlavə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi