Modern.az

Zurabişvili Nova Kaxovkaya hücumu PİSLƏDİ

Zurabişvili Nova Kaxovkaya hücumu PİSLƏDİ

Dünya

6 İyun 2023, 11:42

Gürcüstan prezidenti Salome Zurabişvili Rusiya qüvvələrinin Ukraynada su anbarını dağıtmasını pisləyib.

 

Modern.az xəbər verir ki, siyasətçi bu barədə tviter səhifəsində paylaşım edib.

 

"Rusiya tərəfindən törədilən daha bir ağır müharibə cinayətini şiddətlə qınayıram. Mülki infrastruktura edilən qorxunc hücum - Nova Kaxovka su anbarının dağıdılması Rusiyanın vəhşi taktikalarını bir daha nümayiş etdirir. Bu müharibə cinayətlərinə ədalət tərəfindən cavab verilməlidir. Bütün Gürcüstan Ukrayna ilə həmrəydir", - o qeyd edib.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi