Modern.az

İYİ Partiyadan daha bir İSTEFA

İYİ Partiyadan daha bir İSTEFA

Dünya

12 İyun 2023, 16:37

Türkiyədə müxalif İYİ Partiyada daha bir istefa yaşanıb.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, partiyanın qurucularından olan Mərkəzi İdarə Heyətinin üzvü Emine Küçükali istefa verib.

 

"Lüzumlu gördüyüm üçün İYİ Partiyada tutduğum vəzifələrdən və partiya üzvlüyündən istefa verirəm. Böyük türk millətinə sayğılarımla ifadə edirəm", - deyə o, tviter səhifəsində yazıb.

 

Qeyd edək ki, bu gün səhər saatlarında partiya funksionerlərindən Ahat Andican da istefa verdiyini açıqlamışdı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi