Modern.az

NATO-nun qapısı Ukrayna üçün açıqdır - Stoltenberq

NATO-nun qapısı Ukrayna üçün açıqdır - Stoltenberq

Dünya

16 İyun 2023, 16:56

"NATO-nun qapısı rəsmi Kiyevin üzünə açıqdır".

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq deyib.

 

O vurğulayıb ki, Ukrayna gələcəkdə NATO-nun üzvü olacaq və buna özü qərar verəcək: "Moskva bu məsələdə veto hüququna malik ola bilməz".

 

Stoltenberqin sözlərinə görə, NATO-Ukrayna Şurasının yaradılması da nəzərdə tutulub ki, burada qarşılıqlı maraq doğuran mövzular və təhlükəsizliklə bağlı məsələlər müzakirə olunacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi