Modern.az

Çin dünyanın ən güclü hidrogen lokomotivini yaradıb

Çin dünyanın ən güclü hidrogen lokomotivini yaradıb

19 İyun 2023, 09:52

Çinin daxili yanma mühərrikindən çevrilmiş ilk hidrogen lokomotivi cümə axşamı Şaansi əyalətinin Datonq şəhərində istifadəyə verilib.

 

Modern.az xəbər verir ki, bu barədə “CGTN” nəşri məlumat verib.

 

Məlumata görə, ölkənin ən böyük dəmir yolu nəqliyyat vasitələri və avadanlıq istehsalçısı olan “CRRC” Korporasiyası “Ningdong” lokomotivinin hazırda dünyanın ən güclü hidrogenlə işləyən lokomotivi olduğunu açıqlayıb.

 

Lokomotivin maksimal hidrogen ehtiyatı 270 kiloqram təşkil edir. Qatar 190 saat fasiləsiz işləyə bilir.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır