Modern.az

Sabiq ombudsman mer olmaq istəyir - Hərəkat yaradır

Sabiq ombudsman mer olmaq istəyir - Hərəkat yaradır

20 İyun 2023, 11:44

Ermənistanın keçmiş ombudsmanı Arman Tatoyan yeni hərəkat yaradıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Past" və "Hraparak" qəzetləri yazıb.

 

Nəşrin məlumatına görə, o, İrəvan meri seçkilərinə hazırlaşır. Arman Tatoyan bunu yaxın günlərdə elan edəcək və bu, onsuz da kifayət qədər qızğın mübarizəni daha da gərginləşdirəcək.

 

"Hazırda bir sıra siyasi qüvvələr Tatoyanın ətrafında geniş koalisiya yaratmağa və onu vahid namizəd kimi irəli sürməyə çalışırlar. İrəvan meri vəzifəsinə 8 namizəd məlumdur", - deyə qeyd olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi