Modern.az

Almaniyanın Ukraynaya yeni hərbi yardım paketi

Almaniyanın Ukraynaya yeni hərbi yardım paketi

Dünya

21 İyun 2023, 16:56

Almaniya Ukraynaya yeni hərbi yardım paketinin tədarük edildiyini açıqlayıb.

 

Modern.az "Strana" nəşrinə istinadən xəbər verir ki, paketə aşağıdakılar daxildir:

 

- 155 mm kalibrli 1000 ədəd artilleriya sursatı,

 

- 155 mm-lik dəqiqliklə idarə olunan döyüş sursatları (miqdarı göstərilməyib),

 

- Sərhəddə patrul xidməti üçün 6 avtomobil.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi