Modern.az

Uşaq bağçasına bıçaqlı hücum - 6 ölü, 1 yaralı

Uşaq bağçasına bıçaqlı hücum - 6 ölü, 1 yaralı

Dünya

10 İyul 2023, 09:40

Çinin Quandın vilayətində naməlum şəxs bıçaqla uşaq bağçasına hücum edib. Hadisə nəticəsində azı 6 nəfər ölüb, bir nəfər xəsarət alıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, insident Liencian şəhərinin Henşan qəsəbəsində baş verib.

 

Ölənlər arasında uşaqların olması barədə rəsmi məlumat yoxdur.

 

Cinayəti törətməkdə şübhəli bilinən 25 yaşlı kişi saxlanılıb. Hələlik hadisənin detalları açıqlanmayıb. Faktla bağlı araşdırma aparıldığı bildirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putinin generalı GÜLLƏLƏNDİ - Rusiyada ara qarışır