Modern.az

İsveç İncil və Tövratın yandırılmasına icazə verdi

İsveç İncil və Tövratın yandırılmasına icazə verdi

Dünya

14 İyul 2023, 21:13

İsveç polisi paytaxt Stokholmda Tövrat və İncilin yandırılması ilə müşayiət olunacaq aksiyanın keçirilməsinə icazə verib.

 

Modern.az yerli mətbuata istinadən xəbər verir ki, aksiya İsrailin Stokholmdakı səfirliyi önündə baş tutacaq.

 

Kitabların yandırılması aksiyası şənbə günü keçiriləcək.

 

İsrailin baş naziri Benyamin Netanyahu və İsrail Prezidenti İsxak Herzoq müqəddəs kitabların yandırılmasına icazə verilməsi qərarını kəskin şəkildə pisləyib.

 

Qeyd edək ki, bundan əvvəl İsveçdə Quranın yandırılması etirazlara səbəb olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Təcili Deputatlar istefa verdi - Xəbəriniz Var?