Modern.az

ASALA Paşinyan hökumətini terrorla hədələdi - VİDEO 

ASALA Paşinyan hökumətini terrorla hədələdi - VİDEO 

Dünya

6 Noyabr 2023, 08:38

ASALA terror təşkilatı Ermənistan hökumətini hədələyən görüntülər yayıb.

 

Modern.az xəbər verir ki, sözügedən video Ermənistan mətbuatında paylaşılıb.

 

Görüntülərdə terror qruplaşmasının Ermənistan hökumətinə müharibə elan etdiyi və ona qarşı terror aktları hazırladığı bildirilir.

 

Video ilə bağlı Ermənistanın hüquq-mühafizə orqanları heç bir açıqlama verməyib.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?