Modern.az

Radarlardan itən An-2 tapıldı - İçindəkilər sağdır

Radarlardan itən An-2 tapıldı - İçindəkilər sağdır

10 Noyabr 2023, 14:46

Çukotka Muxtar Dairəsinin qubernatoru Vladislav Kuznetsov bölgədə radarlardan itən An-2 təyyarəsinin tapıldığını, pilotların və sərnişinlərin sağ olduğunu bildirib.

 

Modern.az "Kommersant"a istinadən xəbər verir ki, onlar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar və təcili yardım reysi ilə Şaxtarski artelinə aparılacaqlar.

 

“Aşkar edilən zaman təyyarədə 2 nəfər (ikinci pilot və sərnişin) olub. Kapitan rabitə yeri axtarmaq üçün piyada yola düşüb. Hazırda təyyarənin kapitanı üçün axtarış qrupu yola düşüb”, - qubernator qeyd edib.

 

An-2 təyyarəsinin axtarışı həm yerdə, həm də havadan aparılıb, lakin sonradan axtarışa göndərilən vertolyot hava şəraiti - güclü qar, çovğun və güclü külək səbəbindən geri çağırılıb. Təyyarə Samara vilayətindəki "Aviapartner" şirkətinə məxsusdur. İstintaq Komitəsi yol hərəkəti təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarını pozma (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü maddəsi) maddəsi ilə cinayət işi açıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Təcili Deputatlar istefa verdi - Xəbəriniz Var?