Modern.az

Çin XİN-dən Baydenin Siyə "diktator" deməsinə REAKSİYA

Çin XİN-dən Baydenin Siyə

Dünya

16 Noyabr 2023, 11:28

Çin Xarici İşlər Nazirliyi ABŞ prezidenti Co Baydenin Si Cinpini diktator adlandırmasına münasibət bildirib.

 

Modern.az RİA-ya istinadən xəbər verir ki, rəsmi Pekin Baydenin Çin sədri haqqında dediklərini məsuliyyətsiz və səhv adlandırıb.

 

Nazirlik sözçüsü əlavə edib ki, hər zaman Çin-ABŞ münasibətlərini təhrik etməyə və pozmağa çalışan gizli niyyətli insanlar var:

 

"Lakin bu, uğurlu olmayacaq".

 

Qeyd edək ki, Bayden Çin lideri Si Cinpini hələ də diktator hesab edir.

 

“Qulaq as, o, həqiqətən diktatordur. O, hökuməti bizimkindən tamamilə fərqli olan kommunist ölkəsini idarə edən eyni adam olması mənasında diktatordur. Bunu inkar etmək və ya bununla mübahisə etmək sadəcə mümkün deyil”, - Bayden Si Cinpinlə görüşündən sonra deyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Təcili Deputatlar istefa verdi - Xəbəriniz Var?