Xəbər verdiyimiz kimi, Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 12-ci sanksiya paketini təsdiqləyib.
Modern.az-ın məlumatına görə, qərar təşkilatın rəsmi jurnalında dərc olunub.
Rusiyaya qarşı 12-ci sanksiyalar paketinə 61 nəfər və 86 hüquqi şəxs daxildir.
"Qara siyahı"ya salınan şəxslər arasında Rusiyanın sabiq prezidenti Dmitri Medvedevin oğlu İlya da var. Mərkəzi Seçki Komissiyasının 14 üzvü, Altay Respublikasının rəhbəri Oleq Xoroxordin, Başqırdıstan Respublikasının rəhbəri Radiy Xabirov, Rusiya Aerokosmik Qüvvələrinin baş komandanı Viktor Afzalov da sanksiya siyahısına daxil edilib.
“Spas” və “Tsarqrad” telekanalları, Rusiyanın “Alabuqa” xüsusi iqtisadi zonası, “Tupolev” şirkəti, “AlfaStrakhovanie” qrupuna da sanksiya tətbiq olunub.