Modern.az

Ermənistan KTMT-nin bugünkü Moskva iclasına getməyəcək

Ermənistan KTMT-nin bugünkü Moskva iclasına getməyəcək

19 Dekabr 2023, 09:12

Rəsmi İrəvan MDB ölkələri hökumət başçılarının ötən gün Moskvada keçirilən iclasında baş nazirin müavini səviyyəsində iştirak etsə də, dekabrın 19-da Rusiya paytaxtında KTMT Parlament Assambleyasının növbəti sessiyasına qatılmayacaq.

 

Modern.az xəbər verir ki, məlumatı parlamentdən “Azatutyun”a təsdiqləyiblər.

 

Bildirilib ki, təkcə parlament sədri deyil, hər hansı nümayəndə heyəti də Moskvaya getməyəcək.

 

Alen Simonyan bir qədər əvvəl bildirmişdi ki, buna səbəb İrəvanın KTMT-dən narazılığıdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi