Modern.az

Gələn il seçki olmayacaq - Zelenski

Gələn il seçki olmayacaq - Zelenski

Dünya

19 Dekabr 2023, 21:53

Ukrayna Prezidenti Volodimir Zelenski 2024-cü ildə prezident seçkilərini keçirməyə hazır olmadığını bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə o, mətbuat konfransında danışıb.

 

Onun sözlərinə görə, Ali Rada da buraxılmayacaq.

 

“Müharibə zamanı seçki keçirə bilməzsiniz. Biz ancaq Ukrayna qanunvericiliyinə uyğun hərəkət edə bilərik. Mən isə Ukrayna qanunlarına uyğun yaşayıram. Ən azından bunun üçün hər şeyi edirəm”, - prezident bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi