Modern.az

Ərdoğanın Kılıçdaroğludan aldığı təzminat qəzzalı uşaqlara xərclənəcək

Ərdoğanın Kılıçdaroğludan aldığı təzminat qəzzalı uşaqlara xərclənəcək

Dünya

21 Dekabr 2023, 12:36

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlunu verdiyi məhkəmədə udan tərəf olub.

 

Modern.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb.

 

Məhkəmə Kılıçdaroğlunun Ərdoğana 65 min lirə həcmində təzminat ödəməsi ilə bağlı qərar çıxarıb.

 

Ərdoğan sözügedən məbləği Qəzzadan olan yetim uşaqlara xərclənməsi üçün Türkiyənin "Kızılay" cəmiyyətinə bağışlayıb.

 

Qeyd edək ki, Ərdoğan Kılıçdaroğlunu haqqında səsləndirdiyi fikirlərlə bağlı məhkəməyə vermişdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi