Modern.az

Almaniya Ukraynanın energetika sektoruna 88.5 milyon avro verəcək

Almaniya Ukraynanın energetika sektoruna 88.5 milyon avro verəcək

Dünya

21 Dekabr 2023, 12:44

Almaniya Ukraynanın Enerji Dəstəyi Fonduna 88,5 milyon avro ayıracaq.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

 

Beynəlxalq tərəfdaşlar, o cümlədən Böyük Britaniya, Ukrayna Enerji Dəstəyi Fondunun işində iştirak etməkdə davam edir. Sponsorların Ukraynanın Enerjiyə Dəstək Fonduna götürdüyü öhdəliklərin həcmi artıq 400 milyon avronu keçib.

 

Bu fond Ukraynanın energetika naziri Herman Qaluşenko və energetika üzrə Avropa komissarı Kadri Simsonun təşəbbüsü ilə Enerji Birliyinin nəzdində yaradılıb.

 

Ona Aİ, Almaniya, Böyük Britaniya, İsveçrə, ABŞ, Belçika, Danimarka, Avstriya, eləcə də özəl şirkətlərin nümayəndələri töhfə verib. Vəsaitlər, digər məsələlərlə yanaşı, Rusiyanın atəşi nəticəsində dağılmış enerji infrastrukturunun bərpasına sərf olunur.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi