Rusiyanın İrəvandakı səfirliyi Ermənistanın "Sputnik Armenia" radiosunun yayımının dayandırılması qərarına münasibət bildirib.
Modern.az RİA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistandakı Rusiya səfirliyi məlumat yayıb.
Səfirlik sözügedən qərardan - radionun yayımının dayandırılmasından təəssüfləndiyini bildirib.
Qeyd edək ki, Ermənistanın Televiziya və Radio Komissiyası Rusiyanın "Sputnik" radiosunun bu ölkədəki bürosunu cəzalandırıb. “Sputnik Armenia” 1 ay müddətinə efirdən məhrum edilib. Radionun lisenziyası 30 gün müddətinə tərəfindən ləğv olunub.
Digər bir qərarla “Sputnik Armenia” radiosunu 500 min dram (təxminən 1200 dollar) məbləğində cərimələyib. Cəzanın verilməsinə səbəb radionun saxta məlumat yayması və insanların şərəf və ləyaqətini alçaltması olub.