Modern.az

Ukrayna NATO-ya qoşulsa, gərək qoşun göndərək - Orban

Ukrayna NATO-ya qoşulsa, gərək qoşun göndərək - Orban

Dünya

21 Dekabr 2023, 14:52

"Macarıstan Ukraynanın NATO-ya daxil olmaq niyyətinə qarşıdır".

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban ilin yekunlarına dair mətbuat konfransında deyib.

 

"Çünki bu addım alyans ölkələrini hərbi münaqişəyə cəlb edə bilər. Ukraynanın NATO-ya üzvlüyü o deməkdir ki, biz sabah səhər oraya qoşun göndərmək məcburiyyətində qalacağıq. Biz bunu istəmirik", - deyə Orban iddia edib.

 

Qeyd edək ki, Macarıstan hakimiyyəti, Serbiya hakimiyyəti ilə birlikdə Avropanın ən Rusiyayönümlü hökumətləri hesab olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi