Modern.az

Partiya liderindən TƏXRİBAT - Rusiya səfiri XİN-ə çağırıldı 

Partiya liderindən TƏXRİBAT - Rusiya səfiri XİN-ə çağırıldı 

Dünya

21 Dekabr 2023, 21:48

Rusiyanın Özbəkistandakı səfiri Oleq Malqinov bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Özbəkistan XİN məlumat yayıb.

 

Səfirə “Ədalətli Rusiya – Vətənpərvərlər – Həqiqət naminə” siyasi partiyasının həmsədri Zaxar Prilepinin təxribatçı çıxışı barədə etiraz bildirilib. Prilepin Özbəkistan ərazisinin Rusiyaya birləşdirilməsi ilə bağlı çıxış edib.

 

Dost ölkənin partiya liderinin bu cür bəyanatlarının ölkələr arasında hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqlik ruhuna uyğun gəlmədiyi Rusiya səfirinin diqqətinə çatdırılıb.

 

Rusiya Xarici İşlər Nazirliyi isə bildirib ki, Prilepinin Rusiya Federasiyasına əmək miqrasiyası ilə bağlı açıqlamaları onun şəxsi fikridir və Moskvanın rəsmi mövqeyini əks etdirmir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi