Modern.az

Məşhur iqtisadçı vəfat etdi

Məşhur iqtisadçı vəfat etdi

22 Dekabr 2023, 08:42

İqtisadiyyat üzrə Nobel mükafatı laureatı, məşhur amerikalı iqtisadçı Robert Solou vəfat edib.

 

Modern.az xəbər verir ki, o, 99 yaşında Massaçusets ştatının Leksinqton şəhərindəki evində dünyasını dəyişib.

 

Robert Solou 1924-cü ildə Bruklində anadan olub. O, 1956-cı ildə daha çox neoklassik artım modeli kimi tanınan iqtisadi artım modelini hazırlayıb. İqtisadçı bu modeldən istifadə edərək ABŞ-də adambaşına düşən sənaye istehsalının təxminən 4/5 hissəsinin texnoloji tərəqqinin hesabına olduğunu müəyyən edib.

 

1987-ci ildə Solou “iqtisadi artım nəzəriyyəsində fundamental tədqiqatlarına görə” Nobel mükafatına layiq görülüb. 2014-cü ildə ABŞ Prezidenti Barak Obama onu Amerikanın iki ən yüksək mükafatından biri - Prezidentin Azadlıq Medalı ilə təltif edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi