Modern.az

Rusiyanın Ukraynaya PUA hücumu - 28-dən 24-ü zərərsizləşdirilib

Rusiyanın Ukraynaya PUA hücumu - 28-dən 24-ü zərərsizləşdirilib

22 Dekabr 2023, 12:24

Ukrayna Silahlı Qüvvələri Rusiyanın İran istehsalı olan 28 "Shahed" dronundan 24-nün vurulduğunu bildirib.

 

Modern.az BBC-yə istinadən xəbər verir ki, PUA-lar Kursk, Krasnodar diyarı və Krım istiqamətindən uçuşlar həyata keçirib.

 

Onlardan 24-ü Kiyev, Odessa, Nikolayev, Xerson, Jitomir, Rivne və Xmelnitski vilayətlərində vurulub.

 

Cənub Müdafiə Qüvvələrinin məlumatına görə, Nikolayev vilayətində zərbə nəticəsində infrastruktur obyektlərindən birində yanğın baş verib və xilasedicilər tərəfindən söndürülüb. Odessa vilayətində dron qalıqları taxıl anbarına ziyan vurub. Orada da yanğın başlayıb və söndürülüb.

 

Ölən və yaralananlar olmayıb.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi