Modern.az

Gürcü spiker İrəvanda erməni həmkarı ilə nələri müzakirə edib?

Gürcü spiker İrəvanda erməni həmkarı ilə nələri müzakirə edib?

22 Dekabr 2023, 13:42

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin başçılıq etdiyi nümayəndə heyəti Ermənistan Milli Assambleyasının sədri Alen Simonyanın dəvəti ilə bu ölkəyə səfər edib.

 

Modern.az xəbər verir ki, "Exo Kavkaza"ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin mətbuat xidməti məlumat yayıb.

 

Məlumata görə, qeyri-rəsmi səfər zamanı tərəflər parlament əməkdaşlığının genişləndirilməsi üçün konkret təşəbbüslərin həyata keçirilməsi barədə razılığa gəliblər.

 

Erməni spiker Gürcüstanla münasibətlərin dərinləşməsinin Ermənistan üçün strateji əhəmiyyət kəsb etdiyini vurğulayıb və ümid etdiyini bildirib ki, yaxın gələcəkdə iki ölkə arasında strateji tərəfdaşlıq qurmaq mümkün olacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi