"İrəvan təşkilatın baş katibinin özü ilə gətirdiyi KTMT-nin yekun sənədlərini imzalayıb-imzalamayacağına hələ cavab verməyib".
Modern.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan "Sputnik Armenia"nın sualına cavab olaraq bildirib.
O deyib ki, dünən yayılan məlumatlardan başqa onlarda əlavə məlumat yoxdur.
Belə ki, Minskdə təşkilatın noyabr sammitində sənədlər paketi qəbul edilib. Ermənistan nümayəndə heyəti olmadığı üçün onların üzərində erməni imzası yoxdur.