Rusiya prezidenti Vladimir Putin və Fələstin lideri Mahmud Abbas arasında telefon danışığı olub.
Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Bildirilib ki, söhbət zamanı Fələstin-İsrail münaqişəsinin, ilk növbədə, Qəzza zolağında vəziyyətin görünməmiş gərginləşməsi ilə bağlı məsələlər nəzərdən keçirilib. Putin Abbası Qəzza zolağında münaqişənin deeskalasiyasına kömək etmək üçün Rusiya tərəfinin atdığı addımlar barədə məlumatlandırıb.
Rusiya Qəzza zolağına zəruri mallar, o cümlədən dərman və tibbi avadanlıq tədarükünü davam etdirəcək. Qan tökülməsinə tez bir zamanda son qoyulmasının və Yaxın Şərqdə siyasi proseslərin bərpasının vacibliyi vurğulanıb.
Putin Abbasın başçılıq etdiyi Fələstin rəhbərliyinin göstərdiyi səyləri dəstəklədiyini ifadə edib. O, Fələstin prezidentini qarşılıqlı məqbul tarixdə Rusiyaya səfərə dəvət etdiyini təsdiqləyib.