Modern.az

İsrail Qəzzada quru əməliyyatını dayandırır

İsrail Qəzzada quru əməliyyatını dayandırır

23 Dekabr 2023, 14:36

İsrail ordusunun yaxın həftələrdə Qəzza zolağına qurudan hücumlarını dayandırmağa hazırlaşdığı bildirilib. 

 

Modern.az xəbər verir ki, bu barədə İsrail dövlət televiziyası KAN məlumat yayıb. 

 

"Əməliyyat uğurlarına görə, İsrail ordusu yaxın həftələrdə Qəzzada münaqişənin üçüncü mərhələsinə keçməyə hazırlaşır", - KİV öz mənbəsinə istinadən məlumat paylaşıb. 


 
Üçüncü mərhələ Qəzza zolağında quru manevrinin dayandırılması, qüvvələrin azaldılması, ehtiyat qüvvələrin tərxis olunması və İsrail ilə Qəzza zolağı sərhədində bufer zonasının yaradılmasını əhatə edir. Xəbərdə həmçinin İsrail ordusunun "Qəzza zolağının şimalındakı ərazinin çox hissəsini nəzarətə götürdüyü, lakin cənub bölgəsində irəliləməkdə böyük çətinliklərlə üzləşdiyi" paylaşılıb. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi