İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Co Baydenlə telefon danışığı aparıb.
Modern.az xəbər verir ki, məlumatı İsrail tərəfi yayıb.
Netanyahu ABŞ-nin Təhlükəsizlik Şurasındakı mövqeyinə görə minnətdarlığını bildirib.
O, “HƏMAS terror qruplaşmasının məhv edilməsi və Qəzza zolağında saxlanılan girovların evlərinə qaytarılması da daxil olmaqla, bütün məqsədlərinə çatana qədər İsrailin müharibəni davam etdirəcəyini” açıqlayıb.