Modern.az

İran Rusiyaya nota verdi

İran Rusiyaya nota verdi

24 Dekabr 2023, 12:28

İran Rusiyaya nota verib.

 

Modern.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, Rusiyanın Tehrandakı müvəqqəti işlər vəkili İran Xarici İşlər Nazirliyinə çağırılıb.

 

İran XİN Rusiyanın müvəqqəti işlər vəkilinə VI Rusiya-Ərəb Əməkdaşlıq Şurasının iclasında qəbul edilən birgə bəyanata etirazını çatdırıb, məktub təqdim edilib.

 

Qeyd edək ki, Tehran Mərakeşdə keçirilən VI Rusiya-Ərəb Əməkdaşlıq Şurasının bəyanatında Əbu-Musa, Böyük Tomb və Kiçik Tomb adalarının adlarının yer almasından narazıdır. İran Körfəzdəki bu adaların özünə məxsus olduğunu iddia edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi