Modern.az

130-dan çox yaraqlı məhv edildi 

130-dan çox yaraqlı məhv edildi 

24 Dekabr 2023, 23:51

Somali Milli Ordusu Qalmuduq, Hirşabella və Cubaland əyalətlərində apardığı əməliyyatlarda 130-dan çox “Əş-Şəbab” yaraqlısını məhv edib.

 

Modern.az xəbər verir ki, bu barədə SONNA agentliyi ölkənin Müdafiə Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.

 

Məlumata görə, Muduq bölgəsində “Əş-Şəbab” üçün strateji əhəmiyyət kəsb edən ərazilər yaraqlılardan azad edilib. Əməliyyat zamanı xeyli sayda silah-sursat ələ keçirilib.

 

Bundan əvvəl Somali silahlı qüvvələri mərkəzi Harardere bölgəsində əməliyyat keçirib, nəticədə “Əş-Şəbab” qruplaşmasının 33 silahlısı məhv edilib.

 

Qeyd edilib ki “Əş-Şəbab” qruplaşması 2004-cü ildə Somalidə yaranıb. 2010-cu ilə qədər qrup paytaxt da daxil olmaqla geniş ərazilərə nəzarət edirdi, lakin 2011-ci ilin yayında Moqadişunu tərk etməyə və ölkə hökuməti və müttəfiqləri ilə partizan müharibəsinə keçməyə məcbur oldu. 2012-ci ilin fevralında “Əş-Şəbab” liderlərindən biri “Əl-Qaidə” terror təşkilatına qoşulduğunu elan edib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi