Nigeriyada Yeni il şənlikləri zamanı fişəng və pirotexniki vasitələrin istifadəsinə qadağa qoyulub.
Modern.az xəbər verir ki, bu barədə TRT kanalı ölkənin təhlükəsizlik qurumlarına istinadən məlumat yayıb.
Sözügedən partlayıcı məhsullardan istifadə edilməsinə qadağa qoyulması təhlükəsizlik problemləri ilə əlaqələndirilib.
Fişəng və pirotexniki vasitələr istifadə edənlər və satanların həbs ediləcəyi, haqlarında cinayət işi açılacağı bildirilir.