Modern.az

Gürcüstanda qatarların hərəkəti DAYANDIRILDI

Gürcüstanda qatarların hərəkəti DAYANDIRILDI

Dünya

25 Dekabr 2023, 12:42

Gürcüstanda sərnişin qatarlarının hərəkəti məhdudlaşdırılıb.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, ölkənin qərbində pis hava şəraiti ilə əlaqədar sərnişin qatarlarının hərəkəti dayandırılıb.

 

Məlumatı "Gürcüstan Dövlət Dəmir Yolları" yayıb. Məlumata görə, bəzi ərazilər işıqsız qalıb.

 

Qeyd olunub ki, elektrik enerjisi verilişinin və nəqliyyatın fasiləsiz hərəkətinin bərpası üçün "hər cür səy göstərilir".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi