Gürcüstanın baş naziri İrakli Qaribaşvili və ailəsi bütün Gürcüstanın katolikos-patriarxı II İliyanı seçilməsinin 46-cı ildönümü münasibətilə təbrik edib.
Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, Qaribaşvili II İliya ilə bağlı xoş sözlər ifadə edib.
“Artıq 50 ilə yaxındır ki, o, müdriklik və məhəbbətlə bizim mənəvi həyatımızın, vətəndaş birliyinin və ölkənin tərəqqisinin qayğısına qalır, ümumbəşəri dəyərləri, inam, məhəbbət, Vətənə xidmət və öz nümunəsi ilə möhkəmləndirir. Patriarxımıza uzun ömür və güc arzulayıram”, - deyə İrakli Qaribaşvili bildirib.
Qeyd edək ki, II İliya 1977-ci ildən patriarxdır.