Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda müdafiə naziri Sergey Şoyqu ilə işgüzar görüş keçirib.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Rusiya qoşunları Donetsk bölgəsində yerləşən Maryinka kəndinə nəzarəti ələ alıb.
Putin Maryinka uğrunda döyüşlərdə iştirak edən batalyon komandiri Troşevə mayor rütbəsi verilməsini əmr edib.
Ukrayna tərəfi məsələ ilə bağlı açıqlama verməyib.