Ukrayna Hərbi Hava Qüvvələri çərşənbə axşamı günü Krımda yerləşəmn Feodosiya limanına hava hücumu həyata keçirib.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Mıkola Oleşşuk teleqram kanalında məlumat yayıb.
Hücum zamanı Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus “Novoçerkask” desant gəmisinin məhv edildiyi bildirilib. "Və Rusiyadakı donanma getdikcə kiçilir! Hərbi Hava Qüvvələrinin pilotlarına və iştirak edən hər kəsə təşəkkür edirik!", - Oleşçuk yazıb.
Rusiya tərəfi rəsmi açıqlama verməyib. Çərşənbə axşamı günü səhər saatlarında Krımın Rusiya tərəfindən təyin edilmiş qubernatoru Sergey Aksyonov Ukraynanın hücumunu nəticəsində şəhərin liman bölgəsində yanğın başladığını və dərhal söndürüldüyünü söyləyib.
"Telegram"da Rusiyaya məxsus kanallarda yerləşdirilən görüntülərdə liman ərazisində güclü partlayışlar və yanğınlar baş verdiyi görünür.
"İzvestiya" və REN TV nəşrlərinin məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin Feodosiyaya hücumu zamanı dəmiryol vağzalı zədələnib.