Modern.az

Çin üç peykini orbitə çıxardı

Çin üç peykini orbitə çıxardı

Dünya

26 Dekabr 2023, 08:16

Çin orbitə üç peyki uğurla çıxarıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

 

Məlumata görə, Quanqdonq əyaləti sahillərində “Long March-11” (Çançjen-11) daşıyıcı raketinin buraxılışı Pekin vaxtı ilə saat 6:39-da (Bakı vaxtı ilə saat 2:39) reallaşıb.

 

“Şiyan-24C” peykləri əsasən kosmik elm və texnologiya sahəsində təcrübələr üçün nəzərdə tutulub.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi