Ermənistanın paytaxtı İrəvanın meri Tiqran Avinyanın 5 müavini, 4 köməkçisi, 15 müşaviri olacaq.
Modern.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.
Mer müavininin maaşı 952 min dram (təxminən 2,35 min dollar), köməkçinin maaşı 544 min dram, məsləhətçinin maaşı isə 629 mindir.
Merin öz maaşının məbləği isə qeyd olunmayıb.