Modern.az

Köln məscidində terror təhlükəsi

Köln məscidində terror təhlükəsi

Dünya

26 Dekabr 2023, 21:53

Almaniyanın ən görməli yerlərindən biri olan Köln kilsəsi növbəti xəbərdarlığa qədər turistlər üçün bağlıdır. Hələlik orada yalnız dini mərasimlərin keçirilməsinə icazə verilir.

 

Modern.az Deutsche Presse-Agentur (DPA) agentliyinə istinadən xəbər verir ki, bu barədə kilsənin təhlükəsizlik xidməti məlumat yayıb.

 

Focus-online portalının dekabrın 24-də yayımladığı informasiyaya görə, dini qruplaşmalardan biri Köln, Vyana və Madriddə terror aktları planlaşdırır.

 

Qeyd edək ki, Köln kilsəsi şəhərin simvolu və Almaniyanın ən məşhur görməli yerlərindən biri, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan tarixi abidədir. O, həm də dünyanın ən hündür üç kilsəsindən biridir. Adətən dekabrın son həftəsində tarixi abidəni 100 minədək insan ziyarət edir.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi