Rusiyanın İrkutsk vilayətində 5,1 bal gücündə zəlzələ baş verib.
Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Baykal bölməsi məlumat yayıb.
Rusiya Fövqəladə Hallar Nazirliyinin regional qərargahının məlumatına görə, İrkutsk vilayətinin Ust-Kut şəhərində intensivlik 4 bal, mərkəz İrkutskda isə 2 bal olub.
"İnfrastruktur obyektləri normal işləyir, dağıntı yoxdur", - Fövqəladə Hallar Nazirliyindən bildirilib.