Modern.az

Rusiyanın Ukraynadakı itkiləri 355 mini geridə qoydu

Rusiyanın Ukraynadakı itkiləri 355 mini geridə qoydu

Dünya

27 Dekabr 2023, 11:12

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 790 hərbçisini itirib.

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

 

Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 355 750 nəfərə çatıb.

 

Həmçinin son sutka ərzində Rusiyaya məxsus 14 tank, 17 zirehli döyüş maşını, 10 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi