Modern.az

Lars yolunda 1200 yük maşını ilişib qalıb

Lars yolunda 1200 yük maşını ilişib qalıb

Dünya

27 Dekabr 2023, 11:24

Bir müddətdir yük maşınları üçün bağlı olan Gürcüstan Rusiya sərhədindəki Yuxarı Lars yolunda 1200 nəqliyyat vasitəsi qalıb.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Rusiyadakı səfirliyinin gömrük attaşesi Vahan Akopyan məlumat verib.

 

Onun sözlərinə görə, Ermənistandan Rusiyaya gedən 200, əks istiqamətdə isə 1000-ə yaxın yük maşını dayanıb.

 

Qeyd edək ki, Yuxarı Lars yolu həm də Ermənistanı Rusiya ilə birləşdirən yeganə avtomobil yoludur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi