Dekabrın 27-də Ermənistanın müdafiə naziri Suren Papikyanın rəhbərliyi ilə müdafiə naziri yanında “Döyüş hazırlığı, mənəvi-psixoloji təminatın vəziyyəti haqqında” adlı kollegiya iclası keçirilib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-leytenant Edvard Asryan məruzə ilə çıxış edib.
Problemlər, əsas hadisələr və nailiyyətlər qeyd olunub.
İslasa yekun vuran müdafiə naziri Suren Papikyan 2024-cü tədris ilinin prioritet məsələləri ilə bağlı məsul qurumların rəhbərlərinə bir sıra tövsiyələr verib.
Nazir deyib ki, Silahlı Qüvvələrin gücləndirlməsi üçün artıq bir sıra işlər və proqramlar həyata keçirilir və yaxın vaxtlarda müvafiq addımlar atılacaq. O əmin edib ki, bu işlər qoşunların döyüş qabiliyyətinin artırılmasına, habelə hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılmasına mühüm töhfə verəcək.
İclasın sonunda 2023-cü tədris ilinə hazırlığın yekunlarına görə ən yaxşı göstəriciləri qeyd edən hərbi hissələrin komandirlərinə bayraqlar təqdim edilib, bir sıra hərbi qulluqçular mükafatlandırılıb.