Polşada dövlət televiziya kanalı, radio və xəbər agentliyi ləğv edilib
Modern.az RMF24 radiostansiyasına istinadən xəbər verir ki, bu barədə qərarı Polşanın mədəniyyət və milli irs naziri Bartolomey Senkeviç verib.
O bildirib ki, Polşa prezidenti dövlət mediasının maliyyələşdirilməsini dayandırdığı üçün belə qərar verib.
Nazir vurğulayıb ki, sözügedən qərar həmin şirkətlərin davamlı fəaliyyətini təmin edəcək, lazımi restrukturizasiyanı həyata keçirəcək və maliyyə çatışmazlığı səbəbindən işçilərin ixtisarının qarşısını alacaq.