“Konsertdə kimin iştirak edəcəyinə, bu gün, sabah kimin oxuyacağına qərar verə bilmərəm”.
Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bunu Tiflisin meri Kaxa Kaladze bir sıra gürcü sənətçilərinin hakimiyyətin onları heç bir regionda Yeni il konsertlərinə dəvət etməməsi ilə bağlı ittihamlarına cavab verərkən deyib.
Şikayət edənlər arasında Nino Katamadze (etirazlarda iştirak edib), Sofo Nijaradze (Saakaşvilidən 3 yaşlı qızı var), Merab Sepaşvili (Saakaşvilinin tərəfdarı) və başqaları var.
"Biz heç vaxt müdaxilə etməmişik və belə bir qərar qəbul etməmişik ki, kim oxumalı, kim ifa etməlidir, təqdimat və dizayn necə olmalıdır. Bunları mən müəyyənləşdirmirəm. Bütün bunları kompitent insanlar edir. Bəlkə də hakimiyyətdə olanda onlar özləri belə edirdilər, indi də onlar elə bilirlər ki, başqaları da belə edir”, - Kaladze belə söyləyib.