Modern.az

\"Anka-3\" səma ilə qovuşdu - VİDEO

\

28 Dekabr 2023, 17:46

Türkiyənin TUSAŞ şirkəti tərəfindən hazırlanan "Anka-3" pilotsuz uçuş aparatı (PUA) bu gün ilk uçuşunu həyata keçirib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.

 

Zərbə tipli PUA "uçan qanad" quruluşuna malikdir və bunun sayəsində radarlara daha az görünür. Yüksək sürətə malik dron 1200 kiloqrama yaxın faydalı yük daşıya bilir.

 

"Anka-3" 10 saata qədər uçuş həyata keçirə bilir.

 

 

"İnşallah təyyarəmiz qabaqcıl texnologiyaları, dizaynı və xüsusiyyətləri ilə ölkəmizin müdafiəsinə güclü töhfə verəcək", - Ərdoğan qeyd edib.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi